Stoltenberq ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını alqışladı
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Stoltenberqin Brüsseldəki bəyanatında deyilir.
"Mən ABŞ-ın Almaniya, Polşa və Rumıniyada əlavə qüvvələr yerləşdirmək, NATO-nun müdafiə qabiliyyətini artırmaq qərarını alqışlayıram", - məlumatda deyilir.
O vurğulayıb ki,“alyansın digər ölkələri də NATO üçün quruda, suda və havada öz qüvvələrini təmin edir.
Onun sözlərinə görə, alyans cavab qüvvələrinin hazırlığını artırıb və cənub-şərqdə əlavə döyüş qrupları yerləşdirməyi nəzərdən keçirir.
Stoltenberq NATO-nun yeni qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsini müdafiə xarakterli hesab edir.
Oxşar xəbərlər
NATO Rusiya ilə dialoqa hazırdır
“NATO Rusiya ilə dialoqa hazır olduğunu açıq şəkildə bildirib.” BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “The Washingt...