“Müttəfiqlər Türkiyə üçün nələr edə biləcəyini gözdən keçirir” - Yens Stoltenberq
“Türkiyə ilə tam həmrəyik”.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bu gün İdlibdəki son proseslərlə əlaqədar Türkiyənin tələbi ilə keçirilən təcili iclasdan sonra bildirib.
Mətbuata açıqlama verən Stoltenberq tərəfləri sülhə dəvət edib:
“Bu təhlükəli vəziyyətə son qoyulmalıdır. 2018-ci ildəki atəşkəs vəziyyətinə qayıdılmalı və bölgədə daha da pisləşən vəziyyətin qarşısı alınmalıdır”.
Baş katib sözlərinə əlavə edib ki, NATO müxtəlif formalarda Türkiyəyə dəstək verməyə davam edir:
“Hazırda da müttəfiqlər Türkiyə üçün daha çox nə edə biləcəklərini nəzərdən keçirir. Bu gün keçirilən iclas da bunun bir nümunəsidir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibə verib - TAM MƏTN
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib. Dövlətimizin ba...