NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək
NATO-nun müdafiə nazirləri Rumıniyada yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.
“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, yeni variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Stoltenberq bildirib.
Gələcək döyüş qruplarının konfiqurasiyası və onların qalma müddəti ilə bağlı suala isə Baş katib belə cavab verib:
“Son qərar hələ verilməsə də, Rumıniya NATO-nun döyüş qrupunu qəbul edib. Biz bunu müsbət qarşıladıq və indi hərbi qərargahımızın tövsiyələrini gözləyəcəyik”.
Oxşar xəbərlər
Stoltenberq ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını alqışladı
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir...