Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı tarix bilinmir
“2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağını elan etdik. Lakin vaxtını təyin etmədik”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunun təşkilatın baş katibi Yens Stoltenberq deyib.
“İndi Ukrayna və Gürcüstanın üzvlüyə yaxınlaşmasına kömək edirik. Onlara təhlükəsizlik islahatları aparmasına, silahlı qüvvələr üzərində demokratik nəzarəti gücləndirməsinə, tədricən NATO standartlarına və ittifaqa üzvlüyünə yaxınlaşmasına kömək edirik” - Yens Stoltenberq əlavə edib. Onun sözlərinə NATO-ya üzv olmaq barədə qərar konsensusla qəbul edilir:
“Bütün müttəfiqlər bununla razılaşmalıdırlar. Buna görə müttəfiqlərin Ukrayna və Gürcüstanın ittifaqa daxil olmağa tam hazır olduqlarını düşünəcəkləri vaxtı deyə bilmərəm”.
Oxşar xəbərlər
NATO-nun Baş katibi Rusiyanı ittiham etdi - VİDEO
“Son illərdə Rusiya həm ölkə daxilində, həm də xaricdə təcavüzkar mövqeyinə sadiq qalır”. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi...