İtaliyada ən böyük mafiya məhkəməsi - Ümumilikdə 2 min 100 il həbs - VİDEO

İtaliyada ən böyük mafiya məhkəməsi - Ümumilikdə 2 min 100 il həbs - VİDEO
Video
Siyasət 1

İtaliyanın ən təhlükəli cinayət təşkilatlarından biri olan "Ndrangheta"nı məhkəməsi keçirilib.

Məhkəmədə 200-ə yaxın adam günahlandırılıb və məhkum olub. Məhkəmədə 338 müttəhimin mühakimə olunduğu və 2 il 10 ay davam edən böyük mafiya işi üzrə hökmün açıqlanması 1 saat 40 dəqiqə çəkib.

Digər tərəfdən, müttəhimlər ümumilikdə 2100 ildən çox həbs cəzasına məhkum ediliblər.

Məhkumlar arasında sabiq deputatlar, iş adamları və vəzifəli şəxslər də olub.

Hazırda hakim partiyalardan olan Forza İtaliyadan iki dəfə parlament üzvü olan Giancarlo Pittelli cinayət təşkilatına kənardan yardım etmək ittihamı ilə 11 il həbs cəzasına məhkum edilib.

İtaliya Jandarma İdarəsinin (Carabinieri) polkovnik-leytenantı Giorgio Naselli məxfi rəsmi sənədləri mafiyaya sızdırdığı üçün 2 il 6 ay həbs cəzasına məhkum edilib.

Keçmiş Maliyyə Polisi əməkdaşı Mişel Marinaro da məxfi sənədləri sızdırmaq və kənardan mafiyaya qoşulmaq ittihamı ilə 10 il 6 ay həbs cəzasına məhkum edilib. Keçmiş Rayon Şurasının üzvü Pietro Giamborino da 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər