Məhkəmə "Azərbaycan mafiyası"nın liderini həbsdə saxladı
Sankt-Peterburq şəhərinin Oktyabr rayon məhkəməsi "Azərbaycan mafiyasının" rəhbəri Tural Məmmədovun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Məmmədov və müdafiə tərəfi həbs qətimkan tədbirinin uzadılmasına etiraz edərək ev dustaqlığı istəyib.
Qeyd edək ki, Sankt-Peterburq sakinlərinə hücumları ilə tanınan "Azərbaycan mafiyası"nın rəhbəri Tural Məmmədov Azərbaycanda saxlanılıb.
Dekabrın 22-də Sankt-Peterburqa ekstradisiya edilib.
"Mafiya"nın üzvü olan bloqqerlər sosial şəbəkələrdə Sankt-Peterburq sakinlərinə hücum edərək onları döydükləri videoları sayəsində məşhurlaşıblar. Bu döyülmələr nəticəsində cinayət işi açılıb.
Oxşar xəbərlər
İtaliyada ən böyük mafiya məhkəməsi - Ümumilikdə 2 min 100 il həbs - VİDEO
İtaliyanın ən təhlükəli cinayət təşkilatlarından biri olan "Ndrangheta"nı məhkəməsi keçirilib. Məhkəmədə 200-ə yaxın adam günahlandırılıb və məhkum olub. Məhkəm...