“Avroviziya-2019”un ikinci yarımfinalı başladı - CANLI
16
may
2019
23:34
İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində sayca 64-cü, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə bütün Avropanın diqqətini cəlb edən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı.BAKU.WS xəbər verir ki, bu gecə 18 ölkənin təmsilçiləri finala vəsiqə qazanmaq üçün mübarizəyə başlayıb.Bu gün ki ikinci yarımfinalda Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan çıxış edəcək.Yuxarıda qeyd edilən ölkələr ilə yanaşı həmçinin böyük beşlik ölkələrindən Böyük Britaniya, İtaliya, Almaniya təmsilçiləri ifalarını təqdim edəcəklər.Bununla yanaşı gecəni daha da yadda qalan və rəngərəng etmək üçün“Shalva Band” musiqi qrupunun ifası təqdim olunacaq, eləcə də illuzionçu Lior Suxard mistik şousunu sərgiləyəcək.Nəzərinizə çatdıraq ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.
Oxşar xəbərlər
"Eurovision 2019"un I yarımfinalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI - VİDEO
14 may tarixində "Eurovision 2019" mahnı müsabiqəsinə start verilib.BAKU.WS xəbər verir ki, İsrailin Tel-Əviv şəhərində keçirilən yarışmanın I yarımfilnalı olub...