AVRO-2021: Qadınlardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib
21
fev
2019
20:17
Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında baş tutan püşkatma mərasimində 5-ci səbətdə yer alan yığma D qrupuna düşüb. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldovaya rəqib olub.Püşkatmada iştirak edən 48 yığma 9 qrupa bölünüb: A qrupu: Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, EstoniyaB qrupu: İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, GürcüstanC qrupu: Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adalarıD qrupu: İspaniya, Çexiya, Polşa, Moldova, AZƏRBAYCANE qrupu: Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, KiprF qrupu: İsveç, İslandiya, Macarıstan, Slovakiya, LatviyaG qrupu: Fransa, Avstriya, Serbiya, Qazaxıstan, MakedoniyaH qrupu: İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, LitvaI qrupu: Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, MonteneqroAzərbaycan millisi 2009-cu ildən sonra ilk dəfə seçmə mərhələdə qüvvəsini sınayacaq. Eyni zamanda Kosovo da tarixində ilk dəfə püşkatmada yer alıb.Qeyd edək ki, qrup qalibləri və 2-ci yeri tutan ən yaxşı nəticəyə malik 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. Digər 6 qrupun 2-ciləri isə 2021-ci ildə İngiltərədə təşkil olunacaq final mərhələsinə yüksəlmək üçün pley-off oynayacaqlar.BAKU.WS
Oxşar xəbərlər
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
Bu gün Monakoda UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.BAKU.WS-in məlumatına görə, püşkün nəticəsinə əsasən qardaş ölkə Türkiyənin “Qalatasara...