DÇ-2018-in final mərhələsinin püşkü atıldı
01
dek
2017
20:25
Moskvada futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutub.BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünüb.DÇ-2018-də Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq.Mindialda Cənubi Amerikanı 5 yığma - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və digər dövlət xadimləri də iştirak ediblər.Beləliklə dünya çempionatının qrupları aşağıdakı komandalardan ibarət olub.A qrupu1. Rusiya2. Səudiyyə Ərəbistanı3. Misir4. UruqvayB qrupu1. Portuqaliya2. İspaniya3. İran4. MərakeşC qrupu1. Fransa2. Peru3. Danimarka4. AvstraliyaD qrupu1. Argentina2. Xorvatiya3. İslandiya4. NigeriyaE qrupu1. Braziliya2. İsveçrə3. Kosta Rika4. SerbiyaF qrupu1. Almaniya2. Meksika3. İsveç4. Cənubi KoreyaG qrupu1. Belçika2. İngiltərə3. Tunis4. PanamaH qrupu1. Polşa2. Kolumbiya3. Seneqal4. YaponiyaBAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev milli komandanın oyununda - FOTO
Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin rəsmi açılış mərasimindən sonra “A” qrupunda yer alan Azərbaycan milli kom...