Tarixdə ilk dəfə keçiriləcək turnirdə yığmamızın rəqibləri bəlli oldu

Tarixdə ilk dəfə keçiriləcək turnirdə yığmamızın rəqibləri bəlli oldu
İdman 1378
İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.BAKU.WS-in məlumatına görə, püşk nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda D Liqasında 3-cü qrupa düşüb. Rəqiblər isə Farer adaları, Malta və Kosovodur. Artıq fevralın 2-də Azərbaycan və Kosovo yığmaları arasında Türkiyənin Antalya bölgəsində yoldaşlıq görüşü keçiriləcək. B Liqasında yer alan Türkiyə 2-ci qrupda Rusiya və İsveçə, A Liqasındakı Almaniya isə Fransa və Hollandiyaya rəqib olub. Qeyd edək ki, ilk turun oyunları 6 - 8 sentyabrda, növbəti turlar isə 9 - 11 sentyabrda, 11 - 13 oktyabrda, 14 - 16 oktyabrda, 15 - 17 noyabrda və 18 - 20 noyabrda olacaq. Püşkatmanın nəticələri: A Liqası1-ci qrup: Almaniya, Fransa, Hollandiya2-ci qrup: Belçika, İsveçrə, İslandiya3-cü qrup: Portuqaliya, İtaliya, Polşa4-cü qrup: İspaniya, İngiltərə, XorvatiyaB Liqası1-ci qrup: Slovakiya, Ukrayna, Çexiya2-ci qrup: Rusiya, İsveç, Türkiyə3-cü qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya4-cü qrup: Uels, İrlandiya, DanimarkaC Liqası1-ci qrup: Şotlandiya, Albaniya, İsrail2-ci qrup: Macarıstan, Yunanıstan, Finlandiya, Estoniya3-cü qrup: Sloveniya, Norveç, Bolqarıstan, Kipr4-cü qrup: Rumıniya, Serbiya, Monteneqro, LitvaD Liqası 1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra 2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino,3-cü qrup: Azərbaycan, Farer adaları, Malta, Kosovo4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq BAKU.WS

Oxşar xəbərlər

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqi...

1770 İdman 19:05 11 dekabr 2017

Son xəbərlər