Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb
İdman 1775
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb.UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq.Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Kopenhagen”lə “Atletiko” bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi.Avropa Liqası1/16 final“Borussiya” (Dortmund, Almaniya) - “Atalanta” (İtaliya)“Nitsa” (Fransa) - “Lokomotiv” (Rusiya)“Kopenhagen” (Danimarka) - “Atletiko” (İspaniya)“Spartak” (Rusiya) - “Atletik” (İspaniya)AEK (Yunanıstan) - “Dinamo” (Ukrayna)“Seltik” (Şotlandiya) - “Zenit” (Rusiya)“Napoli” (İtaliya) - “Leypsiq” (Almaniya)“Srvena Zvezda” (Serbiya) - MOİK (Rusiya)“Lion” (Fransa) - “Vilyarreal” (İspaniya)“Real Sosyedad” (İspaniya) - “Zalsburq” (Avstriya)“Partizan” (Serbiya) - “Viktoriya” (Çexiya)“Styaua” (Rumıniya) - “Latsio” (İtaliya)“Lüdoqorets” (Bolqarıstan) - “Milan” (İtaliya)“Astana” (Qazaxıstan) - “Sportinq” (Portuqaliya)“Ostersun” (İsveç) - “Arsenal” (İngiltərə)“Marsel” (Fransa) - “Braqa” (Portuqaliya)Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.BAKU.WS

Oxşar xəbərlər

UEFA “Qarabağ”dan yazdı

UEFA “Qarabağ”dan yazdı

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb.BAKU.WS “Apasport.az”a istinad...

4413 İdman 09:46 08 noyabr 2017

Son xəbərlər