İtaliya mətbuatı “Qarabağ” klubundan yazdı — “Heç vaxt “heç vaxt” deməyək”

İtaliya mətbuatı “Qarabağ” klubundan yazdı — “Heç vaxt “heç vaxt” deməyək”
İdman 3618
“Qarabağ”ın Çempionlar Liqasında mübarizə apardığı C qrupu haqda İtaliya mətbuatında yazı dərc olunub.BAKU.WS Apasport-a istinadən xəbər verir ki, həmkarlarımız 3-cü pillədə qərarlaşan “Atletiko” və qrupun sonuncusu olan Azərbaycan çempionunun şanslarını dəyərləndiriblər.Yazıda “Atletiko” və “Qarabağ” arasında Avropa Liqasına getmək uğrunda mübarizəyə yer verilib: “Atletiko” yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib. Madrid təmsilçisi “Vanda Metropolitano”da “Çelsi”yə məğlub olub. Bura “Atletiko”nun “Qarabağ”la, 2 il əvvələ qədər Avropada tanınmayan komanda ilə heç-heçə oynamasını da əlavə etmək lazımdı. Halbuki, “Atletiko” 2016-cı ildə Çempionlar Liqasında birinci olmaq üçün “Real”la mübarizə aparırdı. İndi isə komanda Avropa Liqasına getməyə daha yaxındı. Amma bunun üçün öz meydanında “Roma”ya qalib gəlməlidi. Eyni zamanda, “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın məğlubiyyətini gözləməlidi. “Qarabağ” son oyunlarda xal qazana bilməyəcək. Ancaq heç vaxt “heç vaxt” deməyək”.Qeyd edək ki, qrupda V turun oyunları noyabrın 22-də keçiriləcək.BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ"ın gənclərindən Madriddə tarixi qələbə

"Qarabağ"ın gənclərindən Madriddə tarixi qələbə

Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start verilib.BAKU.WS-in məlumatına, C qrupunda mübarizə aparan "Qarabağ” gəncləri Madrid "Atletiko"sunun qonağı olub.Gö...

2036 İdman 20:34 31 oktyabr 2017

Son xəbərlər