Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı – FOTO

Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı – FOTO
İdman 1510
İspaniyanın məşhur idman nəşri Mundo Deportivo kobud səhv buraxıb.Virtualaz.org bildirir ki, ispan KİV-i “Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” adlandırıb.“”Çolo”nun uşaqları (“Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) dünən gecə erməni “Qarabağ”ına qarşı oynadı – rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq “Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi”, – deyə Mundo Deportivo yazıb.Xatırladaq ki, “Qarabağ”-“Atletiko” matçı – çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.BAKU.WS
Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı – FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Atletiko" matçında İbrahim Şehiçin möhtəşəm performansı (VİDEO)

"Atletiko" matçında İbrahim Şehiçin möhtəşəm performansı (VİDEO)

Ötən gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirdi.BAKU.WS-in məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edib....

2231 İdman 10:21 19 oktyabr 2017

Son xəbərlər