"Qarabağ"ın rəqibi BAKIDA
16
okt
2017
23:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” artıq Bakıdadır. Apasport.az saytının məlumatına görə, Madrid klubu bir neçə dəqiqə əvvəl paytaxtımıza ayaq basıb.Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün “Karabakh” adlı “Airbus 340-500” təyyarəsini göndərib.Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə instaqram hesabından paylaşım edib.“Atletiko” “Marriot” otelində məskunlaşacaq.Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.BAKU.WS
Oxşar xəbərlər
"Atletiko" Bakıya bu heyətlə gəlir
Futbol üzrə Çempionlar Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq İspaniyanın “Atletiko” komandası Bakıya 20 futbolçu ilə gələcək.BAKU.WS Report-a istinadə...