Çempionlar Liqasında “Roma” - “Real Madrid”lə üz-üzə gələcək

Çempionlar Liqasında “Roma” - “Real Madrid”lə üz-üzə gələcək
İdman 1189

 

Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək.

BAKU.WS-in məlumatına görə, günün mərkəzi qarşılaşması İtaliya paytaxtında "Roma” ilə "Real Madrid” arasında oynanılacaq. Hər iki komanda yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Zinəddin Zidan "kral klubu” ilə Çempionlar Liqasında baş məşqçi kimi debüt edəcək. 

Komandalar arasında Çempionlar Liqasının son səkkiz matçının üçündə qalib gələn "Roma”, birində heç-heçə etməklə qalan dördündə isə Madrid klubuna uduzub.

Paralel oyunda turnirin debütantı olan Belçikanın "Gent” komandası Almaniyanın "Volfsburq” klubunu qəbul edəcək. Almaniya təmsilçisinin ən yaxşı futbolçularından sayılan Naldo ilk oyunu cəza üzündən buraxmalı olacaq. Bununla yanaşı, əsas qolkiper Dieqo Benalyo zədə üzündən meydana çıxmayacaq.

BAKU.WS

Oxşar xəbərlər

"Real Madrid"dən tarixi razılaşma: 1,4 milyard qazanacaq

"Real Madrid"dən tarixi razılaşma: 1,4 milyard qazanacaq

İspaniyanın nəhəng klublarından biri "Real Madrid" forma üçün tarixin ən bahalı müqaviləsinə imza atmağa hazırlaşır. BAKU.WS-in məlumatına görə, "Adidas" şirkə...

1377 İdman 14:45 29 yanvar 2016

Son xəbərlər