"Real Madrid"dən tarixi razılaşma: 1,4 milyard qazanacaq

Real Madriddən tarixi razılaşma: 1,4 milyard qazanacaq
İdman 1377

İspaniyanın nəhəng klublarından biri "Real Madrid" forma üçün tarixin ən bahalı müqaviləsinə imza atmağa hazırlaşır.

BAKU.WS-in məlumatına görə, "Adidas" şirkəti ilə olan sponsorluq müqaviləsini yeniləmək fikrində olan "Kral Klubu" bu razılaşmadan illik 140 milyon avro qazanacaq.

İspaniyanın "Marca" qəzetinin iddiasına görə 10 illik razılaşmaya əsasən "Real Madrid" "Mançester Yunayted"ə aid olan 98 milyon avroluq rekordu da ötəcək. 

Madrid təmsilçisi bu razılaşma ilə kassasına tam 1,4 milyard avro qoyacaq və iqtisadi mənada inanılmaz bir qazanc əldə edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər