"Barselona" əzəli rəqibi "Real Madrid"i dörd yerə "böldü" (FOTO, VİDEO)

Barselona əzəli rəqibi Real Madridi dörd yerə böldü (FOTO, VİDEO)
Video
İdman 1199
 

Dünyanın böyük həyəcanla gözlədiyi böyük oyun "El Klasiko"da baş tutdu. 

BAKU.WS-in məlumatına görə, "Real Madrid" əzəli rəqibi "Barselona"nı öz evində qəbul edib. "Santyaqo Bernabeu" stadionunda baş tutan matç "Kral Klubu" üçün biabırçı hesabla yekunlaşıb.   

Meydançada dominantlıq edən tərəf "Barselona" olub. Hər hissədə iki qol vuran katalonlar oyun ərzində bir neçə qol epizodunu da boşa verib. "Barsa"nın qollarına 11-ci və 74-cü dəqiqələrdə Luis Suares, 39-cü dəqiqədə Neymar və 53-cü dəqiqədə Andres İnyesta imza atıb. "Real"dan İsko 84-cü dəqiqədə meydandan qovulub.

 

Kataloniyalılar səfər matçında əzəli rəqibini 4:0 hesabı ilə darmadağın edərək ilk pillədəki yerini daha da möhkəmləndirib. 12 oyundan sonra hesabında 30 xal olan "Barsa" əzəli rəqibini 6 xal qabaqlayır.

BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ"ın rəqibinin seksual klub nümayəndəsindən Bakı şousu (FOTO)

"Qarabağ"ın rəqibinin seksual klub nümayəndəsindən Bakı şousu (FOTO)

Bir neçə gün öncə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ” öz meydanında "Monako” ilə qarşılaşıb. BAKU.WS-in məlumatına görə,...

1714 Şou-biznes 10:17 09 noyabr 2015

Son xəbərlər