"Qarabağ" Londonda məğlub oldu, "Qəbələ" isə ilk xalını qazandı (VİDEO)

Qarabağ Londonda məğlub oldu, Qəbələ isə ilk xalını qazandı (VİDEO)
Video
İdman 1060

UEFA Avropa Liqası Qrup mərhələsinin ilk oyunları baş tutub.

BAKU.WS-in məlumatına görə, "Qarabağ" klubu səfərdə İngiltərə  təmsilçisi olan "Tottenham Hotspur" klubu ilə qarşılaşıb. Təmsilçimiz oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alıb.

İlk 10 dəqiqədə təmsilmiz rəqib qapısına yol tapa bilib. Matçın 7-ci dəqiqəsində Almeyda penaltidən hesabı açıb. Ancaq qol sevincimiz çox keçmədən qapımızdan iki qol buraxdıq. Matçın 28-29-cu dəqiqələrində ardıcıl qollar vuran Son Xın Min hesabı 2:1-ə çatdırıb. Matçda sonuncu qol isə 87-ci dəqiqəyə təsadüf edib. Lamela hesabı müəyyəşlədirən qolu vuraraq hesabı 3-ə çatdırıb.  

UEFA Avropa Liqasındakı digər təmsilçimiz "Qəbələ" isə Yunanıstanın güclü klublarından PAOK-la münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Rəqibinə qarşı əks hücumlarla cavab verməyə çalışan "Qəbələ" 90 dəqiqə ərzində rəqib qapısına yol tapmayıb.

PAOK-un hücumlarının məharətlə qarşısını alan təmsilçimiz öz qapısını da toxunulmaz saxlayıb. "Qəbələ" ilk matçında heç-heçə edərək 1 xalı aktivinə yazdırıb.

ŞAHİN Həbibov

BAKU.WS

 

Oxşar xəbərlər

"Qarabağ" və "Qəbələ"nin rəqibləri bilindi (QRUPLAR)

"Qarabağ" və "Qəbələ"nin rəqibləri bilindi (QRUPLAR)

Ötən gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan iki Azərbaycan klubu "Qarabağ" və "Qəbələ"nin rəqibləri məlum olub. BAKU.WS-in məlum...

1415 İdman 16:51 28 avqust 2015

Son xəbərlər