"Qarabağ"dan möhtəşəm səfər qələbəsi (VİDEO)

Qarabağdan möhtəşəm səfər qələbəsi (VİDEO)
Video
İdman 1078

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçilərindən "Qarabağ" dünən pley-off mərhələsinin ilk matçında "Yanq Boys"la qarşılaşıb.

BAKU.WS-in məlumatına görə, İsveçrədə baş tutan qarşılaşmaya təmsilçimiz ənənəvi üzrə qara formada çıxıb. Matça daha yaxşı başlayan "Qarabağ" ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. Oyunun birinci hissəsi qarşılıqlı hücumlarla yadda qalıb. 

Oyunda yeganə qol isə ikinci hissədə vurulub. Riçard Almeyda 67-ci dəqiqədə qələbəni təmin edən qolu rəqib qapısından keçirib. Uzaq məsafədən vurulan zərbə ilə top tora daxil olub və çox baxımlı qol olub. 

Qeyd edək ki, "Qarabağ" - "Yanq Boys" matçının cavab görüşü avqustun 27-də saat 21:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ" İsveçrəyə yollandı

"Qarabağ" İsveçrəyə yollandı

Avropa Liqasının "play-off" mərhələsində "Yanq Boys"la qarşılaşacaq "Qarabağ" Bakı-Bern reysiylə İsveçrəyə yollanır. BAKU.WS-in "Qarabağ" klubuna istinadla ver...

1351 İdman 13:01 18 avqust 2015

Son xəbərlər