"Qalatasaray"dan Çempionlar Liqasında möhtəşəm qələbə (VİDEO)

Qalatasaraydan Çempionlar Liqasında möhtəşəm qələbə (VİDEO)
Video
İdman 1141

 

Türkiyənin Çempionlar Liqasındakı təmsilçisi "Qalatasaray" Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşıb.

 

BAKU.WS-in məlumatına görə, son 2 matçda aldığı 1 xaldan sonra qrupda zəif təsir bağışlayan "Cim-Bom" öz meydançasında "Benfika"nı məğlub etməyi bacarıb. Matçın 2-ci dəqiqəsində qapısından top buraxan "Qalatasaray" matçı 2-1 qazanmağı bacarıb.

Avropadakı 10 matçlıq qalibiyyət həsrətinə son verən türklər Çempionlar Liqasında "mən də varam" deyib. Matçın 19-cu dəqiqəsində Səlcuq İnanın penaltısı ilə bərabərlik qolunu vuran türklər ikinci qolu 33-cü dəqiqədə atıb. Çedjunun möhtəşəm pası ilə hücuma çıxan Podolski topu qapıçının ayaqları arasında ataraq hesabı 2:1-ə çatdırıb. İkinci hissədə də bir neçə qol şansı əldə etməsinə baxmayaraq "Qalatasaray" hesabı artıra bilməyib. 

Cim-Bom beləcə həm ÇL.-də 3-cü həftə sonunda xalını 4-ə yüksəldib. Son iki oyunda 6 xal toplayan "Benfika" isə evə əliboş qayıdıb. Qrupdakı digər matçda "Atletiko" evində "Astana"nı 4:0 hesabı ilə məğlub edib. 

Şahin Həbibov

BAKU.WS

 

Oxşar xəbərlər

Türkiyə "ölüm-dirim" matçından qələbə qazandı (VİDEO, FOTO)

Türkiyə "ölüm-dirim" matçından qələbə qazandı (VİDEO, FOTO)

Türkiyə yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşıb. BAKU.WS-in məlumatına görə, A qrupundakı 9-cu oyununa çıxan türklər Çex Resp...

1525 İdman 11:35 11 oktyabr 2015

Son xəbərlər