"Qarabağ"dan qələbə, "Qəbələ" büdrədi (FOTO, VİDEO)

Qarabağdan qələbə, Qəbələ büdrədi (FOTO, VİDEO)
Video
İdman 1078

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. 

BAKU.WS-in məlumatına görə, Azərbaycan təmilçisi "Qarabağ” doğma meydanda Belçikanın "Anderlext” klubunu qəbul edib. Təmsilçimiz matçdan minimal hesablı qələbə ilə ayrılıb. 

Matçın yeganə qolu qarşılaşmanın 36-cı dəqiqəsində Riçard Almeydadan gəlib. Bu nəticə ilə aktivinə 3 xal yazdıran təmsilçimiz öz qrupunda ikinci pilləyə yüksəlib. 

 
UEFA Avropa Liqasında II turun oyunları keçirilib. C qrupunda çıxış edən "Qəbələ” ilk səfər matçına çıxıb. "Qırmızı-qaralar” Rusiyada yerli "Krasnodar”la qarşılaşıb. Oyun qarşılıqlı hücumlarla başlayıb. İlk təhlükə "qırmızı-qaralar”dan gəlib. Qarşılaşmanın 2-ci dəqiqəsində Arif Daşdəmirovun uzaq zərbəsi meydan sahiblərinə gərginlik yaşadıb. Qapıçı bu zərbəni çətinliklə dəf edib. Meydan sahiblərinin ilk təhlükəli həmləsi qolla nəticələnib. Ari cərimə meydanında olan Mamayevə ötürmə verib ki, sonuncu da topu geriyə, boş mövqedə olan Vandersona ünvanlayıb. O, isə güclü zərbə ilə hesabı açıb.
 

 

Arinin növbəti hücum zamanı Vandersona ötürməsi isə qapı dirəyinə tuş gələn zərbəylə nəticələnib. Bundan sonra komandamız bir müddət topa nəzarəti ələ alsa da, meydan sahibləri tezliklə oyunu bərabərləşdirib, daha təhlükəli həmlələr təşkil edib. Bu hücumlar zamanı Dmitri Bezotosnı "qırmızı-qaralar”ın qapısını 2-ci qoldan xilas edib. O, əvvəl Arinin yaxın məsafədən uzaq küncə göndərdiyi topu kornerə çıxarıb. Cəmi 6 dəqiqə sonra Dmitri yenə komandamızı qoldan xilas edib. O, Arinin yaxın məsafədən endirdiyi ardıcıl 2 zərbəni qaytarıb. Hücumun davamında isə Daşdəmirov topu uzaqlaşdırıb. Hissənin sonlarında komandalar hərəyə bir qol imkanı yaradıb. Meydan sahibləri Arinin, "Qəbələ” Rikardinyonun uzaq zərbəsi ilə diqqət çəkib. Hər iki epizodda qapıçılar inamlı oynayıb.

 

Fasilədən sonra heyətdə dəyişiklik edib, Rəşad Sadiqovu meydana buraxmaqla Qriqorçuk oyunun axarını dəyişməyə çalışıb. Bunun nəticəsində 51-ci dəqiqədə komandamız istəyinə çatıb. Sağ cinahla irəliləyən Zenyovun qapı önünə ötürməsini Antonov tamamlasa da, qapıçı topu dəf edib. Qapıçı meydanının küncündə nəzarətsiz qalan Dodo isə yaxın məsafədən vurduğu təkrar zərbə ilə hesabda tarazlıq yaradıb. Az sonra Zenyovun özü uzaq məsafədən təhlükəli zərbəylə meydan sahiblərinə gərginlik yaşadıb.
 

  

"Krasnodar” isə Axmedovun uzaq zərbəsi ilə Bezotosnının sayıqlığını yoxlayıb. İkinci hissədə daha fəal oynayan "Qəbələ” bir neçə qol imkanı da yaradıb. Dodonun fərqləndiyi epizodda isə oyundankənar vəziyyət qeydə alınıb. İlk 45 dəqiqədə də bir qolu hesaba alınmayan braziliyalının komanda yoldaşları da fərqlənməyə yaxın olub. Əvvəl Zenyovun uzaq zərbəsini qolkiper dəf edib, Sadiqov cərimə meydanı yaxınlığından qapı tirini silkələyib. Oleq Kononov əvəzetmələri sürətli əks-hücumlar üçün imkan yaradıb. Məhz belə həmlələrdən birində Smolov iki müdafiəçinin arasından uzaq küncü dəqiq nişan alıb – 2:1. Hesabda önə çıxdıqdan sonra krasnodarlılar üstünlüyə də yiyələnib. "Qəbələ”nin oyunun sonlarındaki hücumları isə əvvəlki kimi kəsərli alınmayıb.

 

Beləliklə, avrokuboklarda ardıcıl 6 matçda uduzmayan "Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
"Qırmızı-qaralar”ın yer aldığı C qrupunun PAOK (Yunanıstan) – "Borussiya” (Dortmund, Almaniya) görüşündə isə 1:1 hesabı qeydə alınıb.
 
ŞAHİN Həbibov
BAKU.WS
 

Oxşar xəbərlər

"Qarabağ" Londonda məğlub oldu, "Qəbələ" isə ilk xalını qazandı (VİDEO)

"Qarabağ" Londonda məğlub oldu, "Qəbələ" isə ilk xalını qazandı (VİDEO)

UEFA Avropa Liqası Qrup mərhələsinin ilk oyunları baş tutub. BAKU.WS-in məlumatına görə, "Qarabağ" klubu səfərdə İngiltərə təmsilçisi olan "Tottenham Hotspur...

1060 İdman 10:04 18 sentyabr 2015

Son xəbərlər