Türkiyə "ölüm-dirim" matçından qələbə qazandı (VİDEO, FOTO)

Türkiyə ölüm-dirim matçından qələbə qazandı (VİDEO, FOTO)
Video
İdman 1525

 

Türkiyə yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşıb.

BAKU.WS-in məlumatına görə, A qrupundakı 9-cu oyununa çıxan türklər Çex Respublikasını 2-0 məğlub edərək çox önəmli 3 xal qazanıb. 

Qrupu üçüncü olaraq tamamlayıb "play-off" turuna qala bilmək üçün Hollandayla rəqabət aparan Türkiyə yığması bu dəfə istəyinə səfərdə nail olub. Rəqibinin Qazaxıstanı 2-0 hesabı ilə məğlub etməsindən sonra yalnız qələbə üçün meydana çıxan türklər Çex Respublikasını səfərdə 2-0 məğlub edərək qrupdakı yerini qoruyub. 

Olduqca gərgin keçən matçın ikinci yarısında Selçuk İnan penaltidən tapdığı qolla (62-ci dəq.) önə keçən Türkiyə yığması növbəti qolu 79-cu dəqiqədə atıb. Arda Turanın möhtəşəm pasını qolla tamamlayan Hakan Çalhanoğlu hesabı 2:0-a gətirib. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İtaliya yığması ilə bacarmadıq

İtaliya yığması ilə bacarmadıq

Avro-2016-nın seçmə mərhələi çərçivəsində futbol yığmamız İtaliya kollektivini qəbul edib. BAKU.WS-in məlumatına görə, Bakı Olimpiya Stadiounda baş tutan oyun...

1270 İdman 22:51 10 oktyabr 2015

Son xəbərlər