Qubadlıda ilk su elektrik stansiyası tikilir

Qubadlıda ilk su elektrik stansiyası tikilir
Foto Video
Sosial 20

Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə "Eyvazlı" Su Elektrik Stansiyası tikilir.

BAKU.WS bu barədə "AzərEnerji" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, "AzərEnerji" tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.

Stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.

Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq "Eyvazlı" SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

"Eyvazlı" SES "AzərEnerji" tərəfindən 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq "Qubadlı" yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.

Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da, işğaldan azad edilmiş ərazilərdə "yaşıl" hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz "yaşıl enerji"nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib

FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhərində yerləşən SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen...

24 Sosial 12:00 31 oktyabr 2026

Son xəbərlər