AZAL: Naxçıvana aviabilet alanlar fırıldaqçılığın qurbanı ola bilərlər

AZAL: Naxçıvana aviabilet alanlar fırıldaqçılığın qurbanı ola bilərlər
Sosial 141

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başladı.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) qeyd edilən maşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

AZAL sərnişinlərinə xatırladır ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə həyata keçirilir.

- Bakıdan Naxçıvana reyslər üçün:

- Naxçıvandan Bakıya reyslər üçün:

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Aviaşirkət bildirir ki, həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilmişdir və vətəndaşlar üçün bir istiqamətdə 50 manat təşkil edir.

“Azərbaycan Hava Yolları” turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Son xəbərlər