Bir addım qaldı - Sülhün imzası Bakının diplomatiyasına yazılacaq

Bir addım qaldı - Sülhün imzası Bakının diplomatiyasına yazılacaq
Video
Siyasət 51

"Global Panorama"nın budəfəki buraxılışında Azərbaycan Prezidentinin Yaxın Şərq Sülh Sammitində iştirakı, həmçinin Vaşinqton razılaşması fonunda ölkəmizin beynəlxalq nüfuzunun, diplomatik uğurlarının artmasından bəhs olunub.

Verilişdə qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan lideri ilə ikinci dəfə əvvəlcədən nəzərdə tutulmamış, proqramdan kənar şəkildə, hətta rəsmi tədbir zamanı açıq ünsiyyət qurması onun İlham Əliyevi mühüm siyasi fiqur kimi tanıdığını və yüksək qiymətləndirdiyini göstərir.

Proqramda vurğulanıb ki, Azərbaycanın beynəlxalq imicinin son dövrlərdə əhəmiyyətli dərəcədə yüksəlməsi avqust ayında D.Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sazişlə sıx bağlıdır. Bu razılaşma Azərbaycanın siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə uzun illər ərzində apardığı sistemli və ardıcıl fəaliyyətin məntiqi nəticəsi kimi dəyərləndirilib.

Qeyd olunub ki, bu uğur təsadüfi deyil. Rəsmi Bakı onilliklər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmaqla metodik, düşünülmüş və ardıcıl addımlar atıb. Məhz bu siyasət nəticəsində Azərbaycanın təklif etdiyi sülh prinsipləri region ölkələri tərəfindən qəbul edilib və bu da Vaşinqton razılaşmasının uğuruna zəmin yaradıb.

Buraxılışda vurğulanıb ki, Vaşinqtonda imzalanan sənəd təkcə iki ölkə arasında razılaşma deyil, həm də Azərbaycanın müstəqil, bərabərhüquqlu və məsuliyyətli tərəf kimi dünya siyasətində formalaşmış mövqeyinin təcəssümüdür.

Daha ətraflı Baku TV-nin reportajında:

Son xəbərlər