Çində smartfon qiymətinə humanoid robot satışa çıxarılıb
Pekində yerləşən "Noetix Robotics" şirkəti ev şəraitində istifadə üçün nəzərdə tutulmuş "Bumi" adlı humanoid (insanabənzər) robotu bazara təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.
94 santimetr hündürlüyü və 12 kiloqram çəkisi olan robot 9 988 yuan (təxminən 2 400 manat) qiymətinə öncədən sifarişə açılıb - bu da orta səviyyəli bir smartfonun qiymətinə bərabərdir.
Bumi humanoid robotların istehlak bazarına daxil olmasının simvolu hesab olunur, çünki o, elmi texnologiyaları kütləvi əlçatanlıqla birləşdirir.
Robot tədris və ailəvi məqsədlər üçün nəzərdə tutulub, iki ayaq üzərində yeriyə bilir və rəqs hərəkətləri yerinə yetirə bilir. Onun batareya enerjisi 1–2 saatlıq iş üçün kifayət edir.
Oxşar xəbərlər
Ürək sağlamlığı üçün ən faydalı balıq növləri açıqlandı
Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün bəzi balıq növlərinin daha faydalı olduğu bildirilib. BAKU.WS xəbər verir ki, dietoloq Angel Lyuk "Tasting Table...