“Azərsu” sosial şəbəkələr üzərindən xidmət göstərəcək

“Azərsu” ASC koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet üzərindən "Skype” proqramı vasitəsilə edilməsi üçün videoqəbul xidməti təşkil edib.
BAKU.WS-in məlumatına görə, bundan başqa ASC “WhatsApp" xidməti vasitəsilə də müraciətlərin qəbulu davam etdirilir.
Müraciətlərin operativ həllini təmin etmək məqsədilə hər bir sukanal idarəsi üzrə də “WhatsApp" nömrələri təyin edilib. Vətəndaşlar aşağıda qeyd olunan "Skype” ünvanları və “WhatsApp" nömrələri vasitəsilə həftə içi (1-ci – 5-ci günlər) birbaşa müraciət edə bilərlər.
S/s | Rayon | WhatsApp nömrələr | Skype ünvanları |
1 | Sabunçu | (+99455) 4577186 | Sabuncu.Sukanal |
2 | Suraxanı | (+99455) 4573952 | Suraxani.Sukanal |
3 | Xəzər | (+99455) 4572796 | Xezer.Sukanal |
4 | Nizami | (+99455) 4573974 | Nizami.Sukanal |
5 | Nəsimi | (+99455) 4577406 | Nəsimi.Sukanal |
6 | Səbail | (+99455) 4577253 | Sebail.Sukanal |
7 | Yasamal | (+99455) 4573332 | Yasamal.Sukanal |
8 | Xətai | (+99455) 4579466 | Xatai.Sukanal |
9 | Nərimanov | (+99455) 4573954 | Narimanov.Sukanal |
10 | Binəqədi | (+99455) 4575158 | Binaqadi.Sukanal |
11 | Qaradağ | (+99455) 4577785 | Qaradağ.Sukanal |
12 | Abşeron | (+99455) 4577746 | Absheron.sukanal |
13 | Sumqayıt | (+99455) 4579442 | Sumqayit.Sukanal |
14 | Bağlar | (+99455) 4577706 | Baglar.Sukanal |
Qeyd edək ki, şənbə və bazar günləri isə 955 Zəng Mərkəzinə, azersu.aparat1, azersu.aparat2, azersu.aparat3 "Skype” ünvanlarına, həmçinin (+99455) 209-95-59 “WhatsApp" nömrəsinə müraciət etmək xahiş olunur.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...
