AZAL-dan Naxçıvana aviabiletlərin satışında DƏYİŞİKLİK

AZAL-dan Naxçıvana aviabiletlərin satışında DƏYİŞİKLİK
Sosial 657

“Azərbaycan Hava Yolları“ QSC (AZAL) Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviaresylərinə bilet satışı prosesini asanlaşdırdı.

Bunu BAKU.WS-ə AZAL-dan məlumat daxil olub

Məlumatda deyilir: “Tələbatın çox olması səbəbindən aviaşirkətin bu istiqamət üzrə uçuşlarına aviabilet satışı növbə əsasında həyata keçirilir. Növbəyə yazılmaq üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq və sərnişinlərin sənədlərini saytımızdakı əks əlaqə forması və yaxud aşağıda qeyd olunan Whatsapp nömrələri vasitəsilə yazılı şəkildə göndərmək lazımdır”:⠀Bakı-Naxçıvan uçuşları üçün: +994 55 204 65 54 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…⠀Naxçıvan-Bakı reysləri üçün: +994 60 487 30 11 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…)⠀“Azərbaycan Hava Yolları“ bir daha nəzərə çatdırır ki, sözügedən uçuşlarla bağlı çağrı mərkəzlərinə telefonla müraciət etmək üçün ehtiyac yoxdur.⠀Daha ətraflı məlumatı video təlimatdan əldə etmək olar: https://youtu.be/Upi-pOfMECo

Son xəbərlər