Afrikanın ən varlı qadını olan azərbaycanlı dövlət neft şirkətindən qovuldu (VİDEO)

Afrikanın ən varlı qadını olan azərbaycanlı dövlət neft şirkətindən qovuldu (VİDEO)
Video
Video 6408
Anqola prezidenti Joao Lourenso "Sonangol" dövlət şirkətinin rəhbər şəxslərindən biri olan Isabel Dos Santosun işdən çıxarıb. BAKU.WS-in məlumatına görə, Anqolanın 37 il prezidenti olmuş Xose Eduardo dos Santosun Bakıda dünyaya göz açan qızı Isabel Dos Santos dünyada ən güclü 100 qadın arasındadır. O, Afrikanın zəngin qadınları arasında göstərilir. Təxminən 3,5 milyard dollar varidatı var. Yeni referendumla hakimiyyətə gələn prezident Lourenso ən böyük vədinə sadiq qalaraq korrupsiyaya qarşı mübarizəyə başlayıb. Dos Santos ailəsinin dövlətin üzərindəki təsirini qırmağa çalışacağı sözünü vermişdi. Anqola Milli Fondunun İsabel Dos Santosun qardaşı Xose Filemeno ilə yaxın əlaqəsi olan bir iş adamı üçün milyonlarla dollar ödəməsi ortaya çıxmışdı. Bununla yanaşı, ölkədə neft qiymətlərinin son dövrdə azalması səbəbindən iqtisadi vəziyyət gərginləşib. Bu mənfi senari Isabel Dos Santosun vəzifəsindən kənarlaşmasına kifayət edib. Qeyd edək ki, sabiq Anqola prezidenti Dos Santos Bakıda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Xose Eduardo dos Santos Bakıda təhsil alarkən Rusiyada doğulmuş Tatyana Kukanova ilə tanış olub və onunla evlənib. Daha sonra Tatyana ilə boşanıb, lakin cütlüyün qızı İsabel dos Santos Afrikanın ən varlı qadını sayılır. ŞahinBAKU.WS

Oxşar xəbərlər

Bakıda oxuyan qız dünyanın ən gənc milyarderinə necə çevrildi? - FOTO

Bakıda oxuyan qız dünyanın ən gənc milyarderinə necə çevrildi? - FOTO

Azərbaycanlı gənc qadın Afrikanın ən gənc milyarderlərindən biri olub. BAKU.WS-in İstiPress-ə istinadla verdiyi məlumata görə, İzabel duş Santuş həm də dünyan...

4961 Sosial 14:11 13 mart 2017

Son xəbərlər