BVF-dən bədbin proqnoz: "Neft zəngini ölkə iflas edir"

BVF-dən bədbin proqnoz: Neft zəngini ölkə iflas edir
İqtisadiyyat 1546

 

Beynəlxalq Valyuta Fondu neftdən asılı vəziyyətdə olan Səudiyyə Ərəbistanı ilə bağlı bədbin proqnoz açıqlayıb.

BAKU.WS-in məlumatına görə, BVF ölkənin pul ehtiyatlarının sürətlə azaldığını və neftin qiymətinin kəskin ucuzlaşmasının Səudiyyəni iflasa apardığını bildirib. Səudiyyə Ərəbistanın hazırda 654,5 milyard dollar valyuta ehtiyatı var. Amma bu vəsait günü-gündən əriyir. 

Dövlət xarici ölkələrdən 70 milyard dollarlıq kredit götürüb. Bununla yanaşı, Səudiyyə Ərəbistanı neft qiymətlərindəki ucuzlaşmadan 73 milyard dollar zərər edib. Ölkənin gəlirlərinin 90%-i neftdən əldə edilir. Bu isə "qara qızıl"dan asılı olan Səudiyyəni iflasa sürükləyir. 

Ölkənin yeni kralı Kral Salman Bin Əbdüləziz vəzifəyə gəldiyi üçün xalqa 32 milyard dollar paylamışdı. Neft zəngini ölkə 2015-ci ildə 80,8 milyard dollar hərbi xərclərinə yönəldərək Rusiyanı da geridə qoyub. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

1 dollar 2 manat olacaq (PROQNOZ)

1 dollar 2 manat olacaq (PROQNOZ)

"Artıq Mərkəzi Bankın manatın məzənnəsini müəyyənləşdirilmək cəhdləri məhdudlaşacaq. Yəni, bazar manatın məzənnəsini özü müəyyən edəcək. Dünya bazarında neftin...

12771 İqtisadiyyat 11:27 21 dekabr 2015

Son xəbərlər