1 dollar 2 manat olacaq (PROQNOZ)

1 dollar 2 manat olacaq (PROQNOZ)
İqtisadiyyat 12778

 

"Artıq Mərkəzi Bankın manatın məzənnəsini müəyyənləşdirilmək cəhdləri məhdudlaşacaq. Yəni, bazar manatın məzənnəsini özü müəyyən edəcək. Dünya bazarında neftin qiymətinin düşməsi də manatın məzənnəsinə birbaşa təsir edəcək. Neftin qiyməti bahalaşacağı təqdirdə ölkəyə dollar axını artacaq və tələb təklifi münasibətləri uyğunlaşacaq. Belə olan halda manat dollar qarşısında möhkəmlənəcək. Əks təqdirdə manat ucuzlaşmaqda davam edəcək".

Bunu BAKU.WS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Vüqar Bayramov söyləyib. Onun sözlərinə görə, mövcud şərait manatın əleyhinə işləyir. Çünki neftin qiyməti ucuzlaşır, dolların bahalaşma prosesi gedir və psixoloji təsir güclənir:

"Qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi müşahidə edilir. Bu onu deməyə əsas verir ki, artıq bazar, ölkəyə daxil olan valyutanın həcmindən asılı olaraq tələb-təklif münasibətləri əsasında formalaşacaq. Valyuta təklifi azalacağı təqdirdə manat ucuzlaşacaq. Üzən məzənnəyə keçiddən sonra Mərkəzi Bank yalnız kəskin ucuzlaşma zamanı bazara müdaxilə edəcək".

Manatın əleyhinə işləyən şərait milli valyutanın daha da ucuzlaşacağına əsas verir. Qara bazarda 1 dolların 2 manat qədər bahalaşacağı gözlənilir. İqtisadçı Vüqar Bayramov hesab edir ki, vəziyyətdən çıxış yolu kimi ixrac qabiliyyətinin artırılmasına ehtiyac var: "Qeyri-neft sektorunun inkişafı hesabına vəziyyətdən çıxmaq mümkündür. İstehsalı artırmaq və xaricə məhsul ixrac etməklə ölkəyə xarici valyuta axınını təmin etmək olar", - deyə mütəxəssis bildirib.   

Millət Vəkili Vahid Əhmədov isə Oxu.az-a açıqlamasında bildirib ki, manatın ucuzlaşması davam edəcək: "Manat onsuz gec-tez bazar qiymətinə almalıdır. Mən neçə ildir bunu deyirəm. Manatın məzənnəsini qoruyub saxlamaqla deyil ki? Azərbaycan Mərkəzi Bankının (AMB) 15 milyard dollar valyuta ehtiyatı var idi. Hazırda isə 5,5 milyard dollar qalıb. Bu ehtiyatlarda qurtardı? Sonra nə baş verəcək? Bunun başqa yolu yox idi. Manatın dəyərdən düşməsi, ucuzlaşma gedəcək. Hazırda neftin qiymətləri 35-36 dollara düşüb. Bilirsiz ki, manatın məzənnəsi də dünya bazarında neftin qiymətindən birbaşa asılıdır. Bu halda biz manatı necə qoruyub saxlaya bilərik? Bu proses getməlidir. Başqa yolu yoxdur”, - deyə deputat deyib. 

Bundan sonra dollar nə qədər bahalaşa bilər sualına isə V.Əhmədov bu cür aydınlıq gətirib: "Bundan sonra manatın məzənnəsi valyuta bazarında tələb təklif və s. əsasında formalaşacaq. Azərbaycan gec-tez üzən məzənnə siyasətinə keçməli idi. Amma bunun şok tərəfi kimə lazım idi?”, - deyə deputat əlavə edib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Manatın "yumşaq ölümü" başlayır

Manatın "yumşaq ölümü" başlayır

"Dünya valyuta bazarı artıq ABŞ-ın Mərkəzi Bankının (FED) qərarına hazır idi. Ona görə də hələlik ciddi dəyişiklik müşahidə edilmir. FED ucuz valyuta siysasətin...

2539 İqtisadiyyat 12:06 17 dekabr 2015

Son xəbərlər