Samir Əliyev: Azərbaycanda 50%-lik devalvasiya ola bilər
"Əgəz Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinə müdaxilə etməsə, kəskin ucuzlaşma ola bilər. Qazaxıstan və Rusiya kimi biz də üzən məzənnə siyasətinə keçsək, bunun ciddi fəsadları ola bilər. Yəni, Qazaxıstan təngəsi qısa zamanda 35% ucuzlaşırsa, manat sərbəst buraxılacağı təqdirdə ən azı 50% devalvasiya ola bilər”.
Bunu BAKU.WS-ə açıqlamasında iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, Azərbaycan ən yaxşı halda idarə olunan üzən məzənnə siyasətini tətbiq edə bilər. Ancaq bu da manat üçün təhlükəlidir. Mütəxəssisin fikrincə, Azərbaycan iqtisadi baxımdan çox ağır bir vaxta qədəm qoyur:
"Mərkəzi Bank bu ilin fevral ayından baş verən devalvasiyasını Azərbaycanın əsas xarici tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əsaslanırmışdı. Bu prosesin ölkəmizin ixrac potensialına mənfi təsir göstərdiyi bildirilirdi. İndi də oxşar stiuasiya yaranıb. Brent markalı neftin qiyməti 47, Texas neftinin qiyməti isə 40 dollar civarındadır”.
Samir Əliyevin sözlərinə görə, bu gün dünyada "valyuta müharibələri” adlanan proseslər gedir. Bu isə onu göstərir ki, bəzi ölkələr suni şəkildə öz valyutalarını ucuzlaşdırır:
"Məsələn, Çində yuan dollar qarşısında 4,6% ucuzlaşdı. Nəzəri cəhətdən bu ucuzlaşma Çindən Azərbaycana idxalın ucuzlaşması deməkdir. Ancaq çox təəssüf ki, bu baş vermir. Türkiyənin və Rusiyanın valyutası da ucuzlaşmaqdadır. Xüsusilə Rusiyada da rublun ucuzlaşması Azərbaycana mənfi təsir edir. Faktiki olaraq hazırki iqtisadi proseslər manatın əleyhinə işləyir. Ölkədən xaricə çoxlu kapital axını var. Bu amil də manata təzyiqi artırır”, - deyə iqtisadçı əlavə edib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Devalvasiya: Təngə 35,5% ucuzlaşdı
Qazaxıstanın rəsmi valyutası təngə üzən məzənnə rejiminə keçdikdən sonra qiymətdən düşüb. BAKU.WS-in məlumatına görə, təngə 18 ay əvvəlki devalvasiyadan bu ya...