Sentyabr ayında Azərbaycanda ixtisarlar başlayır
Sentyabr ayında bank sektorunda ixtisarlara və filialların bağlanmasına start veriləcək.
BAKU.WS-in məlumatına görə bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
"Ən azı bir bankın bağlanması da mümkündür. Ancaq möcüzə, yəni neftin bahalaşması bu prosesi ertələyə bilər. Bu möcüzənin baş verməsi isə çətin görünür”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, son məlumata əsasən Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar artaraq 42,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,44 dollar ucuzlaşaraq 49,19 dollar olub.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanı ikinci devalvasiya təhlükəsi gözləyirmi?
"Bu ilin may ayından başlayaraq manatın məzənnəsini neftin təsirindən daha çox, avro-dolların dünya bazarındakı dəyərinin dəyişməsi müəyyənləşdirir. Mərkəzi Ban...