Neftin qiymətində rekord bahalaşma

Neftin qiymətində rekord bahalaşma
İqtisadiyyat 2211
 

"Oktyabr ayında dünya bazarında Brent markalı neftinin qiyməti 11 faizə yaxın yüksəlib. 9 gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekod artımını rəsmilləşdirib. Neftin dünya bazar qiymətində artımlar davam edir".

BAKU.WS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayaramov söyləyib. Mütəxəssis bununla da neftin dünya bazar qiyməti son 2 ayda ən baha qiymətə satıldığını bildirib. İqtisadçı-alimin sözlərinə görə, qiymət artımına əsas kimi ABŞ-da açıqlanan iqtisadi göstəricilər qeyd edilir:

"Belə ki, Birləşmiş Ştatlarda benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması da enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb. Bu son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Digər tərəfdən, investorların yalnız ABŞ-da deyil, eyni zamanda digər neft bölgələrində də sərmayə qoyluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir".

V.Bayramov hesab edir ki, qiymətin bahalaşmasına digər bir səbəb Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatçılıqdır: "NATO-nun son münaqişəyə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatçılıq formalaşdırıb".

İqtisadçı hesab edir ki, Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır. Bu ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir.

Qeyd edək ki, bu gün Azərbaycan neftinin bahalaşması da davam edib. London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,58 dollar bahalaşaraq 54,76 dollara çatıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar artaraq 49,60 dollar olub. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar artaraq 53,32 dollara çatıb.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq

Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq

"Azərbaycan bazarında avtomobil benzinin qiyməti neftin 60-62 dollar/barel qiyməti əsasında hesablanıb. Azərbaycanda istehsal olunan Ai-92 markalı benzinin qiym...

2590 İqtisadiyyat 15:04 14 sentyabr 2015

Son xəbərlər