Manat ucuzlaşacaqmı? (RƏY)

Manat ucuzlaşacaqmı? (RƏY)
İqtisadiyyat 2073

Milli Məclisin üzvü Vahid Əhmədov "Amerikanın səsi”nə müsahibəsində ilin iqtisadi yekunlarından, iqtisadi və maliyyə böhranından, 2016-cı ildə iqtisadi sahədə gözlənilən yeniliklərdən və manatın devalvasiyasından danışıb.

BAKU.WS xəbər verir ki, sonuncu məsələdən danışan deputat vurğulayıb ki, burada şok terapiyasının tərəfdarı deyil: "Bizim milli valyutamız, o cümlədən dövlət büdcəmiz neftdən asılı bir büdcədir. Son zamanlar qeyri-neft sektorunda inkişaf olsa da qeyri-neft sektorundan daxil olmaların məbləği o qədər də çox deyil. Təxminən dövlət büdcəsinin haradasa 37-38 faizini təşkil edir. Ona görə də manatın devalvasiyası neftin qiymətindən asılıdır. Neftin qiyməti kəskin aşağı düşərsə, ümumiyyətlə manatın devalvasiyası mümkündür. Amma mən bunu bir neçə dəfə mətbuatda da bildirmişəm: manatın şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm. Onsuz da gec-tez manat daxili bazarda öz həqiqi qiymətini tapmalıdır. Yəni üzən məzənnə siyasəti aparmaq lazımdır, yumşaq devalvasiyaya getmək lazımdır ki, insanlar şok-terapiya yaşamasın...”

Deputat daha sonra deyib: "Neftin 1 barrelinin qiyməti hazırda 38 dollardır. Ola bilsin ki, bundan da aşağı düşsün. Düzdür, biz dövlət büdcəsində 50 dollar götürmüşük. Amma 2016-cı ildə ola bilər ki, neftin qiymətində müəyyən enmə-qalxmalar baş versin... Manatın devalvasiyası mümkündür”.

BAKU.WS

Oxşar xəbərlər

İlin sonuna kimi manat yenə "öləcəkmi"?

İlin sonuna kimi manat yenə "öləcəkmi"?

Azərbaycan hökuməti inkişaf etməkdə olan ölkələri bürümüş iqtisadi gerilməyə və neft bazarlarında hökm sürən durğunluğa baxmayaraq milli valyutanın təkrar deval...

1327 İqtisadiyyat 17:30 03 noyabr 2015

Son xəbərlər