Manatın "yumşaq ölümü" başlayır
"Dünya valyuta bazarı artıq ABŞ-ın Mərkəzi Bankının (FED) qərarına hazır idi. Ona görə də hələlik ciddi dəyişiklik müşahidə edilmir. FED ucuz valyuta siysasətindən bahalı valyuta siyasətinə keçid edir. Vəziyyət onu göstərir ki, FED-in qərarından sonra dünya valyuta bazarında dolların möhkəşlənməsi davam edəcək".
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında söyləyib. Mütəxəssis hesab edir ki, FED-in son qərarının manata birbaşa təsiri yoxdur, ancaq dolayısı yolla Azərbaycan valyutası dolların faiz artımına reaksiya göstərəcək:
"Belə ki, Mərkəzi Bank valyutanı müəyyənləşdirən zaman iki valyutalı səbətdən istifadə edir. Dollar və avronun məzənnəsi nəzərə alınaraq manatın kursu müəyyən edilir. Avronun dollara nisbətdə ucuzlaşması gələcəkdə manatın da dollar qarşısında ucuzlaşmasına gətirib çıxara bilər. Neftin dünya bazarı qiyməti də aşağı düşür. Belə bir vəziyyətdə manata olan təzyiqi artacaq".
İqtisadçı-alimin fikrincə, Azərbaycan Mərkəzi Bankı mövcud alətlərdən istifadə etməklə vəziyyətə nəzarət edə bilər.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Manat üçün vahiməli xəbər ABŞ-dan gəldi (video)
Amerika Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsi ilə bağlı həlledici qərarını açıqlayıb. BAKU.WS-in məlumatına görə, artıq ABŞ Mərkəzi Bankı Fedin Federal A...