Rusiyanın 135 milyard dolları "buxarlandı"

Rusiyanın 135 milyard dolları buxarlandı
İqtisadiyyat 2724

 

Rusiyada neft qiymətlərindəki eniş ölkənin valyuta ehtiyatlarını əritməyə davam edir.

BAKU.WS-in məlumatına görə, 2014-cü ildə 511,6 milyard dollar olan ehtiyatlar, iqtisadi böhrandan sonra 2015-ci ildə 386 milyard dollara, bu ilin əvvəlində isə 376 milyard dollara qədər geriləyib. 

Rusiya Mərkəzi Bankının məlumatlarına görə, 2013-ci ildə 537 milyard dollar olan qızıl və valyuta ehtiyatları sürətlə azalır. Təkcə bir ildə "qara qızıl"ın ucuzlaşmasından Rusiya 135 milyard dollar itirib.

Xüsusilə ABŞ və Avropa ölkələrinin Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra bu ölkədə iqtisadi vəziyyət gərginləşməyə başlamışdı. Bununla yanaşı, dünya bazarında neftin qiymətinin 4 dəfəyə yaxın ucuzlaşması ən böyük neft istehsalçılarından biri olan Rusiyanı çıxılmaz vəziyyətə salıb.

BAKU.WS 

Son xəbərlər