“Mərkəzi Bank manata süni nəfəs verir”

“Mərkəzi Bank manata süni nəfəs verir”
İqtisadiyyat 2566

"Pul bazasının azaldılması ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır”

"Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb. Mərkəzi Bankın ehtiyatı 2008-ci ilin mayından sonra ən aşağı səviyyəyə düşüb. Bankın ehtiyatını müəyyən qədər Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub”. 

BAKU.WS xəbər verir ki bunu iqtisadçı ekspert Samir Əliyev "Facebook”da yazıb. Onun sözlərinə görə, son günlər banklar tərəfindən az dollar alınmasının səbəbini Mərkəzi Bankın rəsmi statistikası təsdiq edib. Belə ki, yanvar ayında pul bazası birdən-birə 16% və ya 1,1 milyard manat azalıb. Pul bazasının səviyyəsi 2010-cu il həddinə düşüb. 

"Mərkəzi Bank pul bazasını məhdudlaşdırmaqla bankların dollara olan tələbatını süni şəkildə azaldır və beləcə manata süni nəfəs verir. Pul bazasının azaldılması həmçinin inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bu, ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır”, - iqtisadçı yazıb.

BAKU.WS

Oxşar xəbərlər

Əhali son devalvasiyada banklara əlavə nə qədər borclandı?

Əhali son devalvasiyada banklara əlavə nə qədər borclandı?

"Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 m...

1494 Sosial 10:49 12 yanvar 2016

Son xəbərlər