Neftin qiyməti 50 dollar olacaq

Neftin qiyməti 50 dollar olacaq
İqtisadiyyat 1919

 

Mərkəzi ofisi Londonda yerləşən "Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barrel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.

ANS PRESS-in məlumatına görə, P.Andurandın fikrincə ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq.

P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, yanvarın 20-də "Layt” markalı neftin bir barreli 26,19 dollaradək ucuzlaşmışdı.

Bundan əvvəl isə dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs” neftin qiymətinin 20 dollaradək ucuzlaşcağı ilə bağlı proqnoz vermişdi.

"Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”, deyə "Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie bildirib.

"IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç isə deyib: "Neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar. Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.

Bundan başqa, Çindəki iqtisadi yavaşlama və bununla əlaqədar olaraq neft tələbatının azalması, həmçinin də xam neft hasilatının günbəgün artması da qiymətlərə öz mənfi təsirini göstərir.

Son günlər dünyanın aparıcı investisiya bankları, analitiklər neftin dünya bazarındakı qiymətləri ilə bağlı bədbin proqnozlar verirlər.

Rusiya maliyyə naziri Anton Siluanov da neftin 2016-cı ildəki qiyməti ilə bağlı proqnoz verib. O bildirib ki, gələn il neftin bir barelinin qiymətinin 40 dollar olacağı gözlənilir. Daha sonra nazir ehtiyat edərək bəyan edib ki, Rusiya neftin barelinə görə istənilən qiymətə hazır olmalıdır.

Hazırda dünya birjalarında "Brent” markalı neftin qiyməti 32.18 dollar, "Texas” (WTI) markalı neftin qiyməti qiyməti 32.21 dollardır.

"AzəriLayt” markalı neftin bir barreli 2,59 dollar bahalaşaraq 33,06 dollara satılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti 1 dollar da ucuzlaşdı

Azərbaycan nefti 1 dollar da ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,86...

1288 İqtisadiyyat 10:50 21 yanvar 2016

Son xəbərlər