Neft nə qədər ucuzlaşacaq?

Neft nə qədər ucuzlaşacaq?
İqtisadiyyat 1179

 

Dünya birjalarında neftin qiyməti həftənin əvvəlində İran və Səudiyyə Ərəbistanı arasındakı diplomatik gərginliklə əlaqədar 2 faiz artmışdı. Lakin həftə ərzində Çinin maliyyə bazarlarından gələn mənfi xəbərlərin təsiri ilə neftin qiyməti 33 dollar/barrelədək ucuzlaşdı.

"Brent” markalı xam neftin qiyməti isə təxminən 4,7 faiz nisbətində azaldı. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.

"IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç deyib: "Neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar. Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.

Bundan başqa, Çindəki iqtisadi yavaşlama və bununla əlaqədar olaraq neft tələbatının azalması, həmçinin də xam neft hasilatının günbəgün artması da qiymətlərə öz mənfi təsirini göstərir.

BAKU.WS

Oxşar xəbərlər

Neftin qiyməti 32 dollara düşdü

Neftin qiyməti 32 dollara düşdü

Dünya bazarlarında neftin qiyməti sürətlə ucuzlaşır. BAKU.WS-in məlumatına görə, "Qara qızıl" son 12 il ərzində ən aşağı səviyyəyə düşüb. Brent markalı neftin...

1088 İqtisadiyyat 11:06 07 yanvar 2016

Son xəbərlər