UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün Almaniyanın nəhəng klubu "Bavariya" doğma Allianz Arena stadionunda Fransanın iddialı təmsilçisi PSJ ilə həlledici cavab oyununa çıxacaq.
BAKU.WS xəbər verir ki, ilk qarşılaşmada Parisdə azarkeşlər 9 qolluq oyuna şahidlik etdilər və PSJ dramatik şəkildə 5:4 hesablı qələbə qazandı.
Bu nəticə ilə Bavariya finala yüksəlmək üçün mütləq qələbə qazanmalıdır.
Gecənin baş hakimi portuqaliyalı Joao Pinheiro olacaq və start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, artıq digər finalçı bəllidir. Belə ki, ötən axşam İngiltərənin "Arsenal" klubu yarımfinalda "Atletiko" səddini keçərək adını finala yazdırıb.
Oxşar xəbərlər
DÇ-2026: İspaniya millisindən Səudiyyə Ərəbistanı matçında daha 2 qol
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda daha iki qol vurulub. BAKU.WS report-a istinadən, Atlanta stadionunda keçirilən H qrupun...