UEFA Çempionlar Liqası: Son yarımfinalçılar bilinəcək

UEFA Çempionlar Liqası: Son yarımfinalçılar bilinəcək
İdman 79

UEFA Çempionlar Liqasında bu axşam yarımfinalın son iki iştirakçısı müəyyənləşəcək.

BAKU.WS xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində 1/4 final mərhələsinin cavab oyunları futbolsevərlərə iki böyük qarşılaşma vəd edir.

İngiltərədə "Arsenal" öz meydanında Portuqaliyanın "Sportinq" komandasını qəbul edəcək. İlk oyunda minimal üstünlük qazanan londonlular (1:0) doğma azarkeşlər önündə bu üstünlüyü qorumağa çalışacaq.

Gecənin digər diqqətçəkən matçında isə Almaniyada "Bavariya" ilə İspaniyanın nəhəngi "Real Madrid" üz-üzə gələcək. Madrid təmsilçisi ilk görüşdə 2:1 hesablı qələbə qazanaraq cavab oyunu öncəsi üstün vəziyyətdədir.

Artıq yarımfinala yüksələn komandalar da bəllidir "Atletiko Madrid" və Fransanın PSJ klubu növbəti mərhələdə iştirak hüququnu təmin edib.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

15 aprel

23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

İlk oyun - 1:0

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)

İlk oyun - 1:2

Son xəbərlər