UEFA Çempionlar Liqası: "Atletiko", yoxsa "Arsenal"?
Bu axşam UEFA Çempionlar Liqasında ilk finalçının adı bəlli olacaq.
BAKU.WS-in məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın "Atletiko Madrid" komandası İngiltərədə "Arsenal" klubunun qonağı olacaq.
Görüş London şəhərində yerləşən Emirates Stadium stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında ilk qarşılaşma heç-heçə ilə başa çatıb – 1:1.
Qeyd edək ki, ikinci finalçının adına mayın 6-da aydınlıq gələcək. Almaniyanın "Bavariya" klubu doğma meydanda Fransanın PSJ komandası ilə üz-üzə gələcək. İlk oyunda Paris təmsilçisi 5:4 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb. BAKU.WS xəbər verir...