ŞOK! Millimizin düşərgəsində əlbəyaxa dava

ŞOK! Millimizin düşərgəsində əlbəyaxa dava
İdman 1040

Avropa çempionatının seeçmə mərhləsinə Slovakiyada yekun vuran millimizin düşərgəsində şok hadisə baş verib.

BAKU.WS "Sportinfo.az"a istinadən xəbər verir ki, ev sahibləri ilə görüşün fasiləsində komandamızın paltardəyişmə otağı "savaş meydanı"na dönüb.

Belə ki, Ramil Şeydayev ilk hissədə qeyri-fəallığı ilə yadda qalan Eddi İsrafilova sərt etirazını bildirib. Eddiyə passiv və istəksiz oynamasını irad tutan Ramil "sənin kimilər bu formanı geyinməməlidir" deyib.

İsrafilov komanda yoldaşına "sən mənə heç nə deyə bilməzsən" cavabı verincə, ara qarışıb. Şeydayevin müdafiəsinə qalxan Qara Qarayev Eddiyə tərəf gedib.

Bu zaman digər futbolçular araya girərək, onların əlbəyaxa olmasının qarşısını güclə alıb. Nikola Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə qarışmayıb, sakitcə bir kənara çəkilərək yaşananları izləyib.

İsrafilov bundan hiddətlənərək, formasını əynindən çıxarıb və "mən meydana çıxmıram" söyləyib. Onun duş qəbul etməyə getdiyini görən baş məşqçi Elvin Camalova ikinci hissədə meydana çıxmağı tapşırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nikola Yurçeviç: "Şərəf üçün oynayacağıq"

Nikola Yurçeviç: "Şərəf üçün oynayacağıq"

"Sabah qrupda son oyunumuzu keçirəcəyik. Bu matçın nəticəsi rəqib üçün daha vacibdir. Çünki qələbə qazanaraq, digər görüşün heç-heçə yekunlaşmasını gözləyəcəklə...

459 İdman 22:39 18 noyabr 2019

Son xəbərlər