Azərbaycan milli komandasının futbolçusu 5 ilədək həbs oluna bilər
08
iyn
2018
09:59
Azərbaycan milli komandasının və İspaniyanın "Alkorkon" klubunun futbolçusu Eddi İsrafilov 5 ilədək həbs oluna bilər."Report"un "Europa Press" nəşrinə istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır.Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan digər şəxslərə də göndəriblər. Həmin görüntülərdə futbolçular qarşılıqlı razılıq əsasında videonu "Whatsapp" vasitəsilə İsrafilova ötürüblər.Zərərçəkənin vəkili İniqo İruinin sözlərinə görə, məhkəmə görüntülərin razılıq olmadan çəkilməsində və yayılmasında Enriç və Lunanı, həmçinin İsrafilovu günahlandırır. 2015-ci ildə Cinayət Məcəlləsində razılıq olmadan və ya yayılmaması üçün çəkiliş etməni qadağan edən dəyişikliyə əsasən, bu, 2 ildən 5 ilədək həbsi nəzərdə tutur.Zərərçəkən ona dəymiş mənəvi zərərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. Oyunçular verdikləri ifadədə bağışlanmalarını xahiş ediblər. Araşdırmalar yekunlaşdıqdan sonra rəsmi qaydada ittiham irəli sürülərək, hökm oxunacaq.Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb.BAKU.WS
Oxşar xəbərlər
Əfran İsmayılov "Qarabağ"dan getdi
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırıb. Bu barədə "Report"a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib....