Sevil və Sevinc 3 il həbs oluna bilər

Sevil və Sevinc 3 il həbs oluna bilər
Sosial 7316

Bu gün "Xəzər" telekanalının aparıcıları Sevil və Sevinc Səfərovalar avtomobil qəzası keçirib. Hadisə zamanı yolu keçən 87 yaşlı Zöhrab Ağayev ağır kəllə beyin travması alıb. 

Hadisə yerində xəsarət alan Zöhrab Ağayev ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib

BAKU.WS yeniçağ.az-a istinadən xəbər verir ki, əgər zərərçəkən dünyasını dəyişsə, hadisəni törədənlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu haqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qeyd olunub:

"Avtomobil və ya digər nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 - ci maddəsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamandan cinayət işinin gedişatında zərərçəkmiş müğənni xanımlara qarşı mülki iddia da qaldıraraq, qəza nəticəsində ona dəymiş maddi ziyan, sağlamlığının bərpası üçün çəkdiyi xərclərin və s. əvəzini istəməlidir".

BAKU.WS

Son xəbərlər