Məhkəmə hakiminin oğlunu öldürən şəxs həbs edildi (FOTO)
Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimov barəsində cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən bildirir ki, o, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə R.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.
Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda hakim oğlu qəzada öldü
Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu qəzada ölüb. "Qafqazinfo” xəbər verir ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun B...