Bakıda polis əməkdaşları qəzaya düşdü

Bakıda polis əməkdaşları qəzaya düşdü
Hadisə 1771

 

Bakıda polis əməkdaşları yol qəzası ilə üzləşib.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 4-də saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi "KİA” markalı, 90 NK 946 dövlət nömrə nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus "Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib və aldığı xəsarətdən orada vəfat edib. Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

”KİA” markalı avtomobilin sürücü S. Seyidov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda Prezident Administrasiyasının maşını qəzaya düşdü

Bakıda Prezident Administrasiyasının maşını qəzaya düşdü

Prezident Administrasiyasına məxsus BMW markalı avtomobil qəzaya düşüb. BAKU.WS-in musavat.com-a istinadla verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda H.Sey...

3573 Hadisə 09:39 27 dekabr 2015

Son xəbərlər