Əfran İsmayılov "Qarabağ"dan getdi
16
may
2018
15:14
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırıb. Bu barədə "Report"a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm". Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan "Qarabağ"da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu Türkiyə Super Liqasına transfer olunur
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda "Bursaspor"a transfer oluna bilər. Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa k...