Leonid Yakuboviç Bakıda "Qarabağ"a azarkeşlik etdi

Leonid Yakuboviç Bakıda Qarabağa azarkeşlik etdi
İdman 2071
 

Rusiyanın məşhur "Pole çudes” yarışmasının aparıcısı Leonid Yakuboviç Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, aparıcı Tofiq Bəhramov adına Respublika Stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ” – "Samtredia” oyununu canlı izləyənlər arasında yer alıb. Yakuboviçin fotoları sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.

83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.

BAKU.WS

Oxşar xəbərlər

“Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi - VIDEO

“Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi - VIDEO

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb. Görüş "Qarab...

2714 İdman 23:15 11 iyul 2017

Son xəbərlər